"Real"ın hədəfində odur

29 Aprel 2014 11:18 (UTC+04:00)

"Yuventus" klubunun futbolçusu Pol Poqba yeni mövsümdən İspaniya La Liqasında çıxış edə bilər. 


Movqe.az  qol.az-a istinadən verdiyi məlumata görə, "Real" (Madrid) klubu 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu transferin həyata keçirilməsini komandaya "Real"ın köməkçi məşqçisi Zinəddin Zidan məsləhət görüb. "Kral klubu" fransız futbolçunun keçidi üçün "Yuventus"a 40 milyon avro təklif etməyə hazırdır. Turin təmsilçisinin bu təklifi necə qarşılayacağı maraq doğurur. 


Qeyd edək ki, Poqba "Yuventus"un heyətində keçirdiyi 56 oyunda 11 qola imza atıb.