Xəzərdə ekoloji sistemin və dənizin malik olduğu uniuallığın qorunması bu gün müsətəsna əhəmiyyət kəsb etməkdədir. Lakin belə bir vaxtda irəli sürülən bəzi layhilər reallaşcağı təqdirdə dənizdə ciddi dəyişikliklərə yol açmaq iqtidarındadır. Artıq məlumat verildiyi kimi bu qəbildən olan layziələrdən biri Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təklifini nəqliyyat dəhlizləri ilə bağlayan qazax lider Qara dənizlə Xəzəri birləşdirən "Avrasiya" gəmiçilik kanalının çəkilməsinin vacibliyini bildirib: "Yeri gəlmişkən, Qara dəniz - Xəzər kanalının layihəsi hələ Rusiya çarının vaxtından işlənib, amma gerçəkləşdirilməyib".
Qeyd edək ki, hələ Pyotrun zamanlarından bu kanalı çəkmək barədə layihələr düşünülür. Bu layihələrdə hər iki dənizi vaxtı ilə birləşdirilmiş Kuma - Manıç çökəkliyinin yenidən kanal halına salınması nəzərdə tutulur. Uzunluğu 500 kilometrə çatan çökəklik ən yüksək nöqtəsində dəniz səviyyəsindən 20 metr yüksək olur. Yəni çox xırda bir hissədə 20 metrdən bir az dərin kanal çəkməklə Xəzərlə Qara dənizi yenidən birləşdirmək mümkündür. Çökəklikdə 170-ə yaxın göl var ki, kanal çəkillərsə, bu göllər təbii yola birləşəcək. Amma bu kanalın ən mənfi xüsusiyyəti ondadır ki, o, Qara dənizlə Xəzər dənizinin səviyyəsini bərabərləşdirə bilər. Bu, gerçəkləşdirilərsə, Xəzər sahilində yerləşən bir çox şəhərlər, məsələn Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı, Rusiyanın Mahaçqala kimi iri şəhərləri su altında qala bilər. Sular Bakının mərkəzi tarixi hissəsini də götürə bilər.
Qeyd edək ki, əslində, belə bir layihənin reallaşması Türkiyədə də vaxtaşırı irəli sürülən təkliflər sırasında yer alıb. Burada məqsəd Türkiyə və İranın Qara dənizə, Aralıq dənizinə və okeanlara çıxışını təmin etməkdir. Bu, həm də bütün neft və təbii qaz xəttinin Qara dənizdən keçməsi deməkdir. Türkiyədə bəzi dairələr hesab edir ki, bu zaman İstanbul boğazı xilas olar. Xatırladaq ki, hələ orta əsrlərdə Sultan Süleyman Qanuninin vəziri Sokullu Məmməd Paşanın layihəsinə görə, Don və Volqa çayları arasında kanal açılmalı və bununla da Osmanlı dövlətinin Xəzər dənizinə çıxışı olmalı idi. Layihə üçün lazımi işgüzar səfərlər edilsə də, ancaq hava şəraitinin uyğun olmamasından tikinti təxirə salınıb. Daha sonra isə onu reallaşması mümkün olmayıb. İndi qeyd edilən layhələrin reallaşması Xəzərin dünya okeaın iəl əlaqəsini təmin etmək iqtidarındadır. Lakin yuxarıda göstərildiyi kimi bu, həm də müəyyən təhlükələrə yol aça bilər. Əsas təhlükələrdən biri də belə layihələrin dənizin ekosistemiən təsiridir. Çünki bu halda Xəzərə daxil olan yad orqanizmlərin sayı aracaq. İndinin özündə də Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlər dənizin fauna və florasına təsirsiz ötüşmür. Məsələn, dənizdə müşahidə olunan Mnemiopsis adlı meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Amerikanın Atlantika sahillərinə məxsus olan Mnemiopsis növünə 1987-ci ildə Qara dənizdə, 1990-cı ildə Azov dənizində təsadüf olunub. Xəzər dənizinə isə bu növ 1999-cu ildə Volqa– Don kanalı vasitəsilə ilə gəlib. Mnemiopsis növü kilkə balıqlarının əsas yemini təşkil edən zooplanktonla qidalandığı üçün Xəzərin relikt ekosisteminin bütün halqalarına, əsasən də dənizdə balıqların ümumi kütləsinin 60 faizini təşkil edən kilkə balıqlarına mənfi təsir göstərib. Kilkələrin azalması öz növbəsində onlarla qidalanan daha böyük balıqların (məsələn, siyənəklərin, nərəkimilərin), suitilərin sayının azalmasına səbəb olub. Kilkə balıqlarının ehtiyatı Xəzərdə endemik olan bu növlərin sayının stabil olmasını təmin edir.
Bununla yanaşı, Xəzər-Qara dəniz kanalı açılacağı halda neft-qaz daşınmasının burada reallaşması isə ekosistemə yenə mənfi təsir göstərmək iqtidarındadır. Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. Iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. Bütün bunlar onu göstərir ki, unikal ekosistem olan Xəzəri təhlükəyə atacaq layihələrin burada realalşması yolverilməzdir.