Nokianın son telefonları , möhtəşəm kameraları ilə bilinir.
"The Verge"ə görə " mövzuya yaxın qaynaqlar " "Nokia"ın son vaxtlarda "Superman" kod adlı cihaz hazırladıqlarını iddia edirlər.
Movqe.Az xəbər verir ki, haqqında danışılan cihaz , 4.7 düym ekranlı , 5 megapiksel ön kameralı bir telefondur. "Selfie telefonunun" ilin sonuna doğru , ikinci Windows Phone 8 yeniləməsiylə birlikdə gəlməsi gözlənilir.
İddialara görə Microsoft , iyul ayında mobil əməliyyat sistemi üçün ilkin yenilikləri ( Windows Phone 8.1 ) hamının istifadəsinə təqdim edəcək.