"Yahşi Cazibə " serialındakı Cazibənin sevgilisi susmadı
25 İyun 2012 19:05 (UTC+04:00)
Movqe.Az Türkiyə mətbuatına isttinadən
xəbər verir ki,"Yahşi Cazibə " serialının finalı hamının qəzəbinə
tuş gəlmişdi. Belə ki, serialda Cazibə rolunu canlandıran Aslihan
Gürbüz serialın prodüsseri Gani Müjde ilə müqaviləni uzatmadığı
üçün aralarında yaranan söz-söhbət hələ də davam edir. Bu
hərəkətinə görə Gani Müjde finalda onu fırıldaqçı kimi təqdim etdi.
İki il idi ki, Cazibə
hamının gözündə çox müsbət, qayğıkeş və dürüst bir xarakter
olduğu halda ən son bölündə belə böyük təzad heç də hamının
ürəyincə olmadı. Aslihan Gürbüzün sevgilisi aktyor Kerem Kupacı
deyib: " "Yahşi Cazibə " nin finalı hələ yanvar ayında bəlli olduğu
halda sən nəyə görə bu qədər insanın qəlbini qırdın" .