Ölən anasını əmərək sağ qaldı

30 Aprel 2014 19:59 (UTC+04:00)

Demokratik Konqo Respublikasında keçən həftə meydana gələn qatar qəzasından sonra bir körpə , ölən anasını əmərək təxminən 5 gün həyatda qalmağı bacarıb.


DQR Qızıl Xaç rəhbəri Bondo Mitonga , ölkənin cənubundakı Katanqa bölgəsində cümə axşamı meydana gələn qəzadan sonra bu möcüzənin yaşandığını , bir neçə aylıq körpənin dağıntı altında can verən anasını əmərək sağ qaldığını deyib.


Movqe.Az xəbər verir ki, Mitongada , axtarış-xilasetmə işlərinin davam etdiyi deyilib.


Hökumət isə Qızıl Xaçın məlumatlarını yalanlayaraq , qəzada 74 nəfərin öldüyünü , 163 nəfərin yaralandığını açıqlayıb.


Katanqa qəsəbəsindəki Katongola stansiyası yaxınlığında yük qatarı relsdən çıxaraq devrilmişdi . Ölkədəki yük qatarları , pulsuz nəqliyyat üçün xalq tərəfindən geniş şəkildə istifadə edilir.