"Land of fire Azerbaijan" finalda

1 May 2014 11:06 (UTC+04:00)

 Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 


Movqe.az qol.az-a istinadən bildirir ki, "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) səfərdə "Çelsi"nin qonağı olub. Oyunda hesabı meydan sahibləri açsalar da, madridlilər buna üç qolla cavab veriblər. Görüş 3:1 hesabı ilə "Atletiko"nun xeyrinə başa çatıb.  İlk oyunda qolsuz heç-heçə qeydə alındığından bu qələbə "Atletiko"nu finala yüksəldib.


İlk dəfə olaraq Çempionlar Liqasının yarımfinalında bütün dünya qalib komandanın oyunçularının sinəsində Azərbaycanımızın adını gördü. Arda Turan isə Çempionlar Liqasının yarımfinalında qol vuran ilk türk oldu.


Xatırladaq ki, "Atletiko" həlledici oyunda digər Madrid klubu "Real"la qarşılaşacaq. Bununla da Çempionlar Liqası tarixində ilk dəfə bir şəhərin iki komandası finalda oynayacaq. Final oyunu mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.