Jurnalistlər “TİR”də yarışacaq
1 May 2014 17:33 (UTC+04:00)
Mayın 3-də saat 10:00-da Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş atıcılıq turniri
keçiriləcək. Movqe.az xəbər verir ki, turnir "Hərbi Vətənpərvərlik
və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında
start götürəcək. Yarışa qoşulan KİV
nümayəndələri "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı
Mərkəzi" MMC-nin Sabunçu rayon filialına Xidmətin Aparatından
(Zərifə Əliyeva prospekti 30) ayrılmış avtobuslarla aparılacaqlar.
Turnirdə iştirak edən komandalar püşkatma nəticəsində formalaşmış
qruplarda yarışacaqlar. Belə ki, I qrupda Trend BİA, Müstəqil İA,
QHT xəbər, II qrupda Lider TV, "Palitra" və "Reytinq" qəzetləri,
III qrupda Publika.az, "Olimpə doğru" jurnalı, "Kaspi" qəzeti, IV
qrupda "Olaylar", "Xalq Cəbhəsi" qəzetləri, AzərTAc, V qrupda
Oxu.az, Axar.az, "Olimpiya dünyası" və "Mövqe" qəzetləri, VI qrupda
Vision TV, APA, İnterpress.az yarışacaq. Xatırladaq ki, iştirakçılardan mayın 3-ü səhər saat 09.00-da
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Aparatının qarşısında olmaq xahiş olunur. "Hərbi Vətənpərvərlik və
Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialına
birbaşa getmək istəyənlər Sabunçu rayonu, Mahir Əmirov küçəsi, 25
ünvanına gəlməlidirlər.