Qəza sürət həddini aşan sürücü tərəfindən baş verib. Bərdədə baş verən ağır yol qəzasında iki minik maşını toqquşub. Bu hadisə rayonun Mirzalıbəyli kəndi yaxınlığında baş verib. Hadisə zamanı sürücü və avtomobildə olan iki nəfər xəsarət alıb.
Qeyd edək ki, xəsarət alanlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Lakin sürücü Tərtər sakini Akif Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralının vəziyyəti isə hələdə ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Türkan Nadirqızı
Movqe.Az