MTN-in həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Kazımov Cavid Əliməmməd oğlu və Həmidov Şahbaz Əvəzağa oğlu saxlanılıb.
Aparılan tədqiqat zamanı məlum olub ki, Cavid Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun ərazisinə gətiriblər.
Bütün faktlarla bağlı cinayət işləri başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Türkan Nadirqızı
Movqe.Az