Bakıda daha bir yolda dəlik yarandı (FOTO)

2 May 2014 11:45 (UTC+04:00)
Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol dağılıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Ağa Nemətulla küçəsində yolun tən ortasında böyük dəlik yaranıb. Sakinlər bildirirlər ki, həmin yol artıq bir neçə gündür dağılıb. Lakin hələ də maraqlanan yoxdur. Sakinlər həmçinin bildiriblər ki, dağılan ərazidə çirkab su da axırmış. Məsələ ilə əlaqədar "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevlə əlaqə saxladıq. Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə onlara məlumat daxil olmayıb. Onun sözlərinə görə, hazırda mütəxəssislər hadisə yerinə gediblər.