Windows Phone satışları azaldı

2 May 2014 12:05 (UTC+04:00)

Microsoft Windows Phone üçün böyük fədakarlıqlar edir. Bəs  Windows Phone nə qədər satış edir? 


Movqe.Az xəbər verir ki, Windows Phone satışları, ABŞ və Çində düşsə də, Avropada yüksəlir. 


2014-cü ilin ilk dörddəbirində, ötən ilin eyni dövrünə görə, Avropada 8.7 faiz nisbətində daha çox telefon satan Microsoft ,Çin və ABŞ bazarında geriləmiş görünür. 


ABŞ-da 5.6 faizdən 5.3 faizə düşən bazar payı, Çində  1.9 faizdən 1 faizə düşmüş görünür. 


Windows Phone telefonlarındakı satışların artması üçün Microsoft Lumia 630 və 930 modellərinin satışa çıxmasını və təbii ki Windows Phone 8.1-in final versiyasını gözləyir.