Əməkdar artistin avtomobilinin şüşəsini sındırıb...

2 May 2014 12:34 (UTC+04:00)

Müğənni Elza Seyidcahanın avtomobilinin şüşəsini sındırıblar. Mövqe.az xəbər verir ki, "Günəbaxan" verlişinin qonağı olan müğənni mövcud durumdan çox məyus olduğunu bildirib: " Avtomobilimin şüşəsini sındırıblar. Əlbəttə bunu edəni tapacaqlar. Artıq polisə də şikayət etmişəm. Hadisə təxmini 2 gün əvvəl baş verib. Hələ də özümə gəlməmişəm. Çox əsəbləşmişdim".


Əməkdar artist hadisənin oğurluq üçün olmadığını da etiraf edib: " Oğurluğa görə şüşəni sındırmayıblar. Çünki avtomobilin içindən heç nə götürülməyib".