17 aydan sonra komandası ona qovuşdu

2 May 2014 14:21 (UTC+04:00)


17 aydır yaşıl meydanlardan uzaqda qalan "Bavariya" futbolçusu Holqer Badştuper zədəsini sağaldıb. 


Movqe.az  qol.az-a istinadən yaydığı xəbərə görə, 25 yaşlı müdafiəçi uzun müddətdən sonra yenidən komanda ilə birlikdə məşqlərə başlayıb. Onun sabah "Hamburq"la baş tutacaq matçda start heyətdə olacağı gözlənilməsə də, ilk 18-likdə yer alacaq. 


Qeyd edək ki, H.Badştuper 2012-ci ilin dekabrında "Borussiya" ilə matçda zədələnmişdi.