"Mənim onlardan, onların da məndən xoşu gəldi"

2 May 2014 15:12 (UTC+04:00)

Müğənni Yeganə Mürsəlova "Space" telekanalında yayımlanan "Sizin saat" verilişinin qonağı olub. 


Axşam.az-ın məlumatına görə, aparıcı Kamran Həsənlinin suallarını cavablandıran sənətçi Türkiyə şou-biznesinə qatılmağından bəhs edib. O, qardaş ölkədə məşhurlaşmaq arzusunda olmadığını vurğulayıb:


"Məqsədim Türkiyə şou-biznesinin əlçatmaz zirvəsinə qalxmaq olmayıb. İstəyirdim ki, oranın böyük sənətkarları, rejissorları ilə çalışım. Mənim onlardan, onların da məndən xoşu gəldi. Amma həmişəlik qardaş ölkədə fəaliyyət göstərmək istəyində olmamışam".