"Mən öz qanadlarımın altında olan adamam"- Mələykədən İlhaməyə cavab gəldi

2 May 2014 18:40 (UTC+04:00)
Son vaxtlar bir sıra KİV–də televiziyalarda müğənnilərin aktrisaların özlərini kraliça adlandırması haqda xəbər vermişdik. Onlar internet portallarına açıqlamasında özlərinin bu titula layiq görülməsini mədəniyyətimizə vedikləri töhvələrlə əlaqələndirmişdilər. 

Hətta Xalq artisti Məleykə Əsədova "Atv" kanalında çəkdirdiyi filmdə özünü səhnənin kraliçası adlandırmişdı. Xalq artisti Ilhamə Quliyeva isə məsələyə münasibət bildirərkən saytımıza verdiyi açıqlamada Məleykə Əsədovanı və digərlərini sərt tənqid etmişdi. 

Xeberdar.az saytı məsələni diqqətdə saxlayaraq Xalq artisti Məleykə Əsədovanın da İlhamə Quliyevanın fikirlərinə münasibətini öyrənib. Məleykə Əsədova saytımıza açıqlamasına onun adını eşitmək istəmədiyini bildirib. 

"Mən "Kleopatra"-nı oynamışam. Mənim Sənətimə Heydər Əliyev kimi şəxsiyyət qiymət verib. O, mənim dünyamda yoxdu... O, adam haqda mənə sual verməyin. Mən bu gün teatr səhnəsinin kraliçasıyam. Mən özümə ad qoymuram. Mənim gözəl adım var Məleykə...Mən öz qanadlarımın altında olan adamam. Məni Allahımın verdiyi işıq Kraliça edib. Bir daha deyirəm.. O, mənim dünyamda yoxdu."