Ukrayna ordusu müharibəni udur

2 May 2014 19:07 (UTC+04:00)
Ukrayna xüsusi təyinatlıları Slavyansk şəhərinin böyük hissəsini nəzarətə götürüb.Ukrayna Hərbi-Siyasi Araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Tımçuk bildirib ki, Ukrayna qoşunlarının bu səhər Slavyanskda başladıqları anti-terror əməliyyatı zamanı rusiyameyilli separatçılar geri çəkilmək məcburiyyətində qalıblar. 

Onun sözlərinə görə, hazırda separatçıların yaratdıqları postlar dağıdılır. Artıq şəhər telemərkəzi terrorçulardan təmizlənib: "Terroristlər qaçmağa çalışırlar. Seperatçıların əsas müqavimət məkanları şəhərin cənub-şərqində qeydə alınıb".