Bakirəliyini hərraca çıxaran qız ilk dəfə şəklini paylaşdı - Foto

2 May 2014 19:20 (UTC+04:00)

Öz bakirəliyini hərraca çıxaran Tibb Universitetinin tələbəsi Elizabet Reyn ilk dəfə olaraq sosial şəbəkədə şəklini paylaşıb.

 

Saxta adla çıxan 27 yaşlı qız artıq bir neçə təklif alıb və ən sonuncu qiymət 300,000 dollar olub.

 

Heç bir zaman cinsi münasibətdə olmadığını bildirən Elizabet 420,000 dollara iddialıdır. Bakirəliyini hərraca qoyarkən universitetdən qovulmaq təhlükəsi qarşısında qaldığı üçün yerləşdirdiyi şəkillərdə üzü örtülü olub. Lakin anonimliyi sevməyən qız ilk dəfə olaraq həqiqi simasını göstərib.