Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub
3 May 2014 10:06 (UTC+04:00)
Bakının Binəqədi rayonunda sərnişin avtobusunun iştirakı ilə yol
qəzası baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , Biləcəri qəsəbəsi
Binəqədi yolunda qeydə alınan avtoqəza zamanı 170 saylı xətt üzrə
işləyən "Daewoo" maraklı sərnişin avtobusu ilə yük maşını
toqquşub.
Hadisə vaxtı hər iki nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə
olsa da, yük maşını avtobusun arxasına çırpılıb ki, bu da hər iki
avtomobilin əzilməsinə səbəb olub.
Avtobus xəttə olsa da, sərnişinlərin azlığı qəza zamanı xəsarət
faktının qarşısını alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin ekoloji nəzarət
postunda araşdırmalara başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq,
yük maşınının ara məsafəsi saxlamaması göstərilir.