Azərbaycanın iki əsgəri təlim zamanı xəsarət alıb

3 May 2014 11:05 (UTC+04:00)

Azərbaycanın iki əsgəri təlim zamanı xəsarət alıb.

Movqe.az xəbər verir ki, mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.

Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.