Dnepropetrovskda silahlar yığılır

3 May 2014 14:01 (UTC+04:00)
Dnepropetrovsk vilayətinin milli müdafiə qərargahı separatçılıq, banditizm və muzdlu diversiya qrupları ilə mübarizə məqsədilə 3 may tarixindən hər təhvil verilən silaha görə pul mükafatının məbləğini artırıb.

Movqe.az xəbər verir ki, bu barədə qərargahdan Unian-a bildirilib. АКМ tipli avtomatlara 3 min dollar, pulemyot və qranatomyot təhvil verənə 5 mon dollar təyin edilib.

Qərargahın məlumatında bildirilir ki, silahlar "Aleksandropol", "Sərhəd - Slavyanka", "Pokrovka" kimi blok-postların ərazilərində qəbul edilir.

Silahı təhvil verərkən şəxsiyyəti müəyyən edən hər hansı bir sənədin olması vacib deyil. Mükafatın ödənilməsi təxirə salınmadan elə yerindəcə həyata keçirilir.