Hadisə "Gül bayramı"na gəlir (FOTO)
3 May 2014 15:00 (UTC+04:00)
Türkiyənin sevilən pop ifaçısı Hadisə Azərbaycana
gələcək.
Movqe.az xəbər verir ki, cazibədar bədən quruluşu
və mahnıları ilə qəlbləri fəth edən müğənni bu dəfə Bakıya yox
Gəncəyə üz tutacaq. Bu barədə prodüser Tarix Əliyev (Tolik) şəxsi
İnstaqram səhifəsində xəbər paylaşıb. Məşhur prodüser Hadisənin may
ayının 7- i Gəncədə konsert proqramı ilə çıxış edəcəyini
açıqlayıb:
"Gəncə Şəhər İcra Hakimiyyətinin keçirdiyi "Gül
bayramı" və ulu öndərimiz Heydər Əliyevin 91 illiyi münasibətilə
türkiyəli pop ulduz Hadisə canlı performansı, rəqqasları ilə
birlikdə Gəncə sakinlərinin qonağı olacaq".