Slavyanskda məşhur rus snayperçi öldürüldü
3 May 2014 17:07 (UTC+04:00)
Ukraynanın Slavyansk şəhərində "Romaşka" adı ilə tanınan Rusiya
kəşfiyyatçısının məşhur snayperçisi öldürülüb.
Movqe.az xəbər verir ki , "Komsomolskaya pravda" qəzetinin
Slavyansk şəhərində olan əməkdaşı Aleksandr Koç xəbər yayıb. Onun
sözlərinə görə, "Romaşka" Ukrayna Silahlı Qüvvələrinin hərbçisinin
snayperdən açdığı atəş nəticəsində ölüb.
"Bu gün Slavyansk şəhərində snayperçilərin dueli zamanı "Romaşka"
adı ilə tanınan snayperçi öldürüldü", deyə A.Koç bildirib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti bildirir ki, "Romaşka"
fevral ayında Kiyevin Müstəqillik meydanında keçirilən etiraz
aksiyaları zamanı nümayişçilərə snayperlə atəş açaraq bir
çoxlarının həyatına son qoyub. Aprel ayının ortalarında isə
"Romaşka" Ukrayna ordusunun Slavyask şəhərinə girməməsi barədə
xəbərdarlıq etmişdi.