Sabah hava necə olacaq?
3 May 2014 18:05 (UTC+04:00)
Sabah Azərbaycanın bəzi yerlərində qısamüddətli yağış yağacağı
gözlənilir.
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata
görə, mayın 4-də Bakıda və Abşeron yarımadasında gecə və səhər
saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı
proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi gündüz arabir
güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-24 dərəcə
isti olacağı gözlənilir.
Rayonlarda isə sabah bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 23-28,
dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı
gözlənilir.