Telekanal rəhbəri Putinlə söhbətindən sonra özünü güllələdi
3 May 2014 18:13 (UTC+04:00)
Rusiyanın Birinci kanalının (ORT) baş direktoru Konstantin Ernst
Lvovic özünü öldürmək üçün tapançadan başına atəş açıb.
Movqe.az xəbər verir ki , bu barədə telekanalın rəhbərliyindəki
mənbə xəbər yayıb. Aprel ayının 30-da Rusiyanın Birinci kanalının
baş direktoru Rusiyanın "Qazprom" şirkətinin direktoru Aleksey
Miller və Vladimir Putinlə uzun sürən telefon danışıqlarından sonra
evinə gələrək iş otağına keçib. Onunla birlikdə yaşayan qadın
Larisa Sinelşikova qapının arxasından güllə səsi eşidib.
Konstantin Lvovic hazırda Rusiya Federasiyasının Prezident İşləri
İdarəsinin "Klinik xəstəxana"sına yerləşdirilib. Açdığı atəş
nəticəsində onun boynu və dili yaralanıb, hazırda hüşsüz
vəziyyətdədir.
Telekanalın mətbuat xidməti hadisə barədə heç kimə açıqlama vermir.