Bakıda daha bir yol çökdü

3 May 2014 19:04 (UTC+04:00)
Bakıda daha bir avtomobil yolunda çökmə baş verib.

Paytaxtda Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolunun 15-ci kilometrliyində yolun bir neçə hissəsində asfalt-beton örtüyü çöküb. Hadisə şahidlərinin verdiyi məlumata görə, qeyd edilən avtomobil yolunda təxminən 3 çökmə hadisəsi baş verib.

Movqe.az xəbər verir ki , "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev  Zabrat dairəsi-Maştağa-Buzovna avtomobil yolun bir neçə hissəsində çökmə baş verdiyini təsdiqlədi.

O, qeyd etdi ki, Hazırda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə ərazidə aidiyyatı qurum tərəfindən qazıntı işləri aparılır.