Ukrayna ordusu itki verir
3 May 2014 21:02 (UTC+04:00)
Ukraynanın şərq vilayətlərində gedən döyüşlərdə
Ukrayna xüsusi xidmət orqanlarının 5 əməkdaşı öldürülüb. Movqe.az
ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna
Təhlükəsizlik Xidmətinin sədrinin müavini, antiterror
əməliyyatlarının rəhbəri Vasili Krutov açıqlama
verib.
"Təəssüf ki, biz antiterror əməliyyatları zamanı 5
itki vermişik. 12 nəfər isə yaralanıb. Ölənlərdən yalnız dördünün
cəsədini əldə edə bilmişik", V.Krutov deyib.
Onun sözlərinə görə, separatçıların nə qədər itki
verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur: "Bölgədə silahlı
toqquşmalar davam edir. Lakin onu deyə bilərik ki, qarşı tərəf
bizdən çox itki verib".
Qeyd edək ki, aprelin 15-də Ukrayna hökuməti
ölkənin cənub şərqində antiterror əməliyyatlarına start verib. Ötən
gün isə Ukrayna ordusu bölgədə əməliyyatlara başlayıb. 40-dan çox
insanın öldürüldüyü, 200-ə yaxın adamın yaralandığı
bildirilir.