Qorbaçovun dəfnini Şoyqu öz üzərinə götürdü
4 May 2014 00:08 (UTC+04:00)
Moskva əyalətində Rusiyanın görkəmli
vətəndaşlarının basdırılması üçün nəzərdə tutulmuş yeni
qəbristanlıq açılıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu keçmiş
SSRİ-inin ilk və son prezidenti Mixail Qorbaçovun həmin
qəbristanlıqda dəfnini öz üzərinə götürüb. Buna görə o, Qorbaçovun
dəfn olunacağı qəbristanlıqda olub.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
tanınmış insanların dəfn olunması üçün nəzərdə tutulan
qəbristanlığın açılışında müdafiə naziri Serqey Şoyqu iştirak
edib.
Məmurlar bildirib ki, nekropol 55 hektar sahəni
tutur və 30 min ölünün basdırılıması üçün hesablanıb. Burada keçmiş
SSRİ-in və Rusiyanın qəhrəmanları, SSRİ prezidenti, Rusiya
prezidentləri, ölkənin baş nazirləri, nazirlər, tanınmış hərbçilər
öz son sığınacaqlarını tapacaqlar.
Xatırladaq ki, Moskvada Novodeviçye qəbristanlığı
yer olmadığından adlı-sanlı mərhumları daha qəbul etmir. Bu
səbəbdən Mixail Qorbaçov cox guman ki, vəfat etdikdən sonra Raisa
Maksimovnadan uzaq Moskva əyalətində yerləşən yeni qəbristanlığda
dəfn olunacaq.