Şəmkirdə 2 ev yandı

4 May 2014 00:12 (UTC+04:00)
Bu gün Şəmkir şəhərində 2 ev yanıb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ilk yanğın Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 2 otaqda olub. Evin 1 otağının döşəməsi 10 kv.m sahədə və ev əşyaları qismən yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Digər yanğın isə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 3 otaqda baş verib. Belə ki, həmin evin aynabəndi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.