Bu gün Bakıda 24 dərəcə isti olacaq
4 May 2014 10:00 (UTC+04:00)
Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın
tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var, səhər
tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı
gözlənilir. Temperatur gecə 10-15°, gündüz 20-24° isti, Bakıda gecə
13-15°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə
sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə
80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 23-28° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam
tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 5-10°, gündüz
14-19° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə
10-15°, gündüz 22-27° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam
tədricən kəsiləcəyi gözlənilir. Temperatur gecə 9-14°, gündüz
20-25° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı, axşam tədricən kəsiləcəyi
gözlənilir. Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, axşam
tədricən kəsiləcəyi gözlənilir. Temperatur 10-14°, gündüz 21-26°
isti, dağlarda gecə 10-14°, gündüz 17-22° isti olacaq.