Avtobus dayanacağında partlayış: ölənlər var
4 May 2014 11:01 (UTC+04:00)
Keniyanın turizm şəhəri Mombasada avtobus dayanacağında insanlar
hücuma məruz qalıblar. Movqe.az xəbər verir ki , dayancaqda
qumbaranın partlaması nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Partlayıcı təhlükəsi, eyni zamanda, Nyali şəhərində otelin yanında
yaşanıb. İnsanlar partlayıcı ilə dolu şübhəli paket aşkarlayıblar.
Daha sonra partlayıcı zərərsizləşdirilib. Bu barədə ölkənin daxili
işlər nazirliyi xəbər yayıb.
Polis hər iki faktla əlaqədar araşdırma başladıb.
Keniya hökuməti Somalidə əl-Şəbəb terror təşkilatına qarşı mübarizə
aparmaq məqsədilə bu ölkəyə hərbi qüvvələr göndərir. 2011-ci ildə
hökumətin bu siyasəti ilə əlaqədar ölkədə tez-tez partlayışlarla
müşahidə olunan zorakılıqlar baş verir.