Tanınmış azərbaycanlı teleaparıcı: "Məni ondan ancaq ölüm ayıra bilər"

26 İyun 2012 12:36 (UTC+04:00)
Tanınmış teleaparıcı müəllifi olduğu ATV telekanalının "Gün keçir" proqramında onun haqqında yayılmış şayiələrə aydınlıq gətirib.

Movqe.Az Day.Az saytına istinadən xəbər verir ki, Nanə Ağamelıyevanın işdən çıxmaq fikri yoxdur.

"Mən bir neçə gün idi ki, Bakıda yox idim. İşimlə əlaqədar olaraq Bollivuda getmişdim. Geri qayıdanda gördüm ki, mənim haqqımda şayiələr yayılıb. Bəziləri deyirlər ki, "məni sevgilimdən yalnız ölüm ayıra bilər". Mən də eləyəm. Məni işimdən yalnız ölüm ayıra bilər. Ona görə heç yerə getməyə hazırlaşmıram", - o əlavə edib.

Türkan Nadirqızı

Movqe.Az