TQDK ARDNŞ üçün imtahan keçirir
4 May 2014 16:00 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan
Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin
təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan
test imtahanını keçirir. Movqe.az xəbər verir ki , TQDK-dan
verilən məlumata görə, ARDNŞ bu layihəni neft-qaz sənayesi
sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin
müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi
məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1972 nəfər qeydiyyatdan
keçib. İmtahanın idarə olunması üçün 12 imtahan rəhbəri, 140
nəzarətçi-müəllim ayrılıb.
Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test
tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1
saat vaxt veriləcək. Çoxseçimli test tapşırıqlarında 5 cavab
variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb
olunur. Açıq test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı
"Cavab kartı"da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər
suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların
nəticəsinə təsir etmir.
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti
mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin
məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
İmtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris
binalarında saat 11:00-da başlanır