Ukrayna döyüşçülərindən rusiyameyilli qüvvələrə ağır zərbə

4 May 2014 17:02 (UTC+04:00)
Ukrayna Milli Qvardiyasının döyüşçüləri ilə rusiyameyilli hərbi komissarlığın döyüşçüləri arasında Luqansk şəhərində qarşıdurma baş verib. Movqe.az xəbər verir ki, Ukrayna Milli Qvardiyasının döyüşçüləri tərəfindən rusiyameyilli hərbi komissarlığın hücumunu dəf edilib. 

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy məlumat verib. O, bildirib ki əməliyyat zamanı bir ukraynalı hərbçi yaralanıb: "Bizim uşaqlar arasında bir nəfər yalandı. Amma hücumu dəf etdik. Komissarlığın hərbçiləri bizimkilərdən silahlarını onlara verməyi tələb edirdilər. Amma qvardiyamızın döyüşçüləri silahı onlara verməyəcəklərini dedilər və onların hücumlarını dəf etdilər".