İran və Azərbaycan müştərək iqtisadi komissiyasının 9-cu iclasının tarixi açıqlandı
4 May 2014 17:46 (UTC+04:00)
İran və Azərbaycan müştərək iqtisadi
komissiyasının növbəti (doqquzuncu) iclasınının Bakıda
keçirilməsinə hazırlıq məqsədi ilə İranın aidiyyatı qurumları və
müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə ötən gün iclas
keçirilib.
Movqe.az Trendə istinadən xəbər verir ki , bunu
İranın Azərbaycandakı səfiri Möhsin Pakayin
bildirib.
Səfirin sözlərinə görə, İran və Azərbaycan
müştərək iqtisadi komissiyasının doqquzuncu iclası cari ilin avqust
ayında Bakıda keçirilməsi nəzərdə tutulub.
M.Pakayin deyib ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin İrana səfəri zamanı müştərək iqtisadi komissiyanın
iranlı sədri İranın rabitə və informasiya texnologiyaları naziri
Mahmud Vaizi təyin oldu və elə buna görədə ölkənin müxtəlif
qurumları arasında ilk əlaqələndirici iclas Tehranda rabitə və
informasiya texnologiyaları nazirliyinin binasında
keçirilib.
"İranın müxtəlif nazirlik və qurumlarının iştirakı
ilə keçirilən bu iclas ölkəmizin Azərbaycan Prezidenti cənab İlham
Əliyevin İrana səfəri zamanı əldə olunmuş razılıqların icrasında nə
qədər ciddi olduğunun göstəricisidir", - deyə M.Pakayin
bildirib.
O, əlavə edib ki, iclasda İranın Xarici İşlər,
Neft, Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Ticarət, Sənaye və
Mədənlər nazirlikləri, eləcə də Mərkəzi Bank, Ticarət Palatası və
Araz Azad İqtisadi Zona Təşkilatının nümayəndələri iştirak
edirdi.
Onlar İran və Azərbaycan arasında iqtisadi
əlaqələrin inkişafı üçün öz təklifləri müzakirə etdi və Iclasda
qərara alındı ki, bütün qurumlar və nazirliklər iki ölkə arasında
iqtisadi sahədə əməkdaşlığın artırılması üçün təkliflərini
komissiyaya təqdim etsinlər.
Pakayin deyib ki, İran qonşu ölkələrlə xüsusi ilə
Azərbaycanla əlaqələrini inkişaf etdirilməsi siyasətini yürüdür və
hazırda iki ölkənin iqtisadi potensiallarını tanımaq və ondan yaxşı
istifadə etmək üçün əlverişli şərait yaranıb.