Dünya Azərbaycanda keçiriləcək "Formula 1" yarışlarından yazır

4 May 2014 18:03 (UTC+04:00)
Hindistanın nüfuzlu televiziya kanalı "NDTV"nin saytında "Formula-1"in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilib.

Movqe.az xəbər verir ki , yazıda Azərbaycan Respublikasının Gənclər və İdman Naziriliyinin sözçüsü Səmayə Məmmədovanın açıqlamasına yer verilmiş və bununla bağlı rəsmi sənədlərin mayın sonunadək imzalanacağı bildirilib.

Müəllif oxucuların diqqətinə çatdırır ki, belə önəmli bir tədbirin keçirilməsi üçün dünya şəhərləri arasından məhz Bakının seçilməsi heç də təsadüfi deyildir. Artıq Bakı son illər bir neçə mötəbər idman yarışlarına uğurla ev sahibliyi edib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://sports.ndtv.com/formula-1/news/223681-azerbaijan-says-it-will-host-formula-one-race-in-2015