Bu fotosunun pulu ilə məktəb tikdirən fotoqrafın sərgisi olacaq (FOTO)

4 May 2014 21:00 (UTC+04:00)
"Əfqan qızı" fotosuyla dünyada məşhurlaşan amerikalı fotoqraf Stiv Makkari əsərlərini nümayiş etdirəcək. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, sərgi Londonun "Beetles & Huxley qalereyasında, mayın 12-dən iyunun 7-dək davam edəcək. Ekspozisiyada müəllifin Əfqanıstanda çəkdiyi fotolar yer alıb.

Stiv Makkari 1984-cü ildə bir qaçqın düşərgəsində çəkdiyi əfqan qızının portreti ilə məşhurlaşıb. Şarbat Gula adlı qızın fotosu 1985-ci ildə "National Geographic" dərgisinin üz qabığında çıxıb. Fotoqraf həmin əfqan qızını növbəti dəfə 2002-ci ildə çəkib. 

Makkari foto haqqında bunları deyib: "Mən birinci dəfə onun şəklini çəkəndə 12 yaşı var idi. İndi isə 30 yaşındaydı. Ona bu illər ərzində fotosunun dünyada necə məşhur olmasından danışdım. Dedim ki, bu foto mən də daxil olmaqla insanların həyatında dərin izlər buraxıb. Kompüter vasitəsilə gözlər yoxlanıldı. Müəyyən edildi ki, bu doğurdanda mənim fotosunu çəkdiyim həmin qızdır. 2002-ci ildə "National Geographic"in üz qabığında ikinci dəfə Şarbat Qulanın fotosu getdi. Həmin fotodan əldə edilən gəlirlə Kabildə bir məktəb tikdik".