Misir məhkəməsi müxaliflərə qarşı kütləvi həbs qərarı verdi (VİDEO)
4 May 2014 22:04 (UTC+04:00)
Misir məhkəməsi "Müsəlman Qardaşları" hərəkatının
tərəfdarlarına qarşı növbəti kütləvi hökm çıxarıb. Movqe.az ANS
PRESS-ə istinadən xəbər verir ki , yerli telekanalların məlumatına
görə, məhkəmə müttəhimlər kürsüsündə əyləşən 102 nəfərin hər birinə
10 il həbs cəzası verib.
Bundan başqa onlar həbsdən çıxdıqdan sonra 5 il
ərzində polisin nəzarəti altında
yaşayacaqlar.
"Müsəlman Qardaşları" hərəkatının daha 2
tərəfdarına isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlar
2013-cü ildə, hazırda həbsdə olan devrilmiş prezident Məhəmməd
Mursiyə dəstək aksiyalarında iştirak etməkdə ittiham
edilirdilər.