İran-Azərbaycan Hökumətlərarası Komissiyasının IX toplantısı Bakıda keçiriləcək
5 May 2014 00:09 (UTC+04:00)
İran-Azərbaycan Hökumətlərarası Komissiyasının IX
toplantısı bu il avqustun əvvəllərində Bakıda keçiriləcək. Movqe.az
APA-ya istinadən xəbər verir ki , bu barədə İranın Azərbaycandakı
səfiri Möhsün Pak Ayin açıqlama verib.
Onun sözlərinə görə, İran-Azərbaycan
Hökumətlərarası Komissiyasının IX iclasına hazırlıq məqsədilə
İranın aidiyyatı nazirlikləri və qurumlarının nümayəndələrinin
iştirakı ilə Bakıda toplantı keçirilib: "İclasda İranın Xarici
İşlər, Neft, Energetika, Yollar və Şəhərsalma, Kənd Təsərrüfatı,
Ticarət, Sənaye və Mədənlər nazirlikləri, həmçinin Mərkəzi Bank,
Ticarət Palatası və "Araz" Azad İqtisadi Zonası Təşkilatının
nümayəndələri iştirak ediblər. Toplantıda İranla Azərbaycan
arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün bir neçə təklif
irəli sürüldü".
M. Pak Ayin həmçinin Azərbaycan prezidenti İlham
Əliyevin İrana səfərinin uğurlu olduğunu vurğulayıb: "Qonşu
ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi
İranın dövlət siyasətidir. Bu yanaşma da iki ölkənin iqtisadi
potensiallarını tanımaq və ondan faydalanmaq üçün əlverişli şərait
yaradır".