Madonna Rusiyadan qorxur

26 İyun 2012 14:20 (UTC+04:00)
Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünya turnesində olan 52 yaşlı Madonnanın avqustun əvvəlində Moskva və Sant- Peterburqa konserti gözlənilir. Madonna təkcə Rusiyada 2 konsert vermək üçün gəlmir, o, həm də Rusiyadakı seksual azlıqların hüquqlarını qoruyacaq. Avqustun əvvəli  Madonna ilə uşaqları, sevgilisi, 3 meneceri, 4 nəfər şəxsi cangüdəni, 2 sürücü, 1 nəfər massajist, 3 stilist, şəxsi vizaj ustası, 4 nəfər köməkçi, aşbaz və psixoloq gələcək. 

Madonna təşkilatçılardan vertolyot və şəhər ətrafında bir otel istəyib.