ATƏT sədri Rusiyaya gedəcək

5 May 2014 11:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel bazar günü telefon danışığında ilk növbədə ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn, beynəlxalq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar. ATƏT-ə sədrlik edən İsveçrə prezidenti mayın 7-də Ukraynada vəziyyəti müzakirə etmək üçün Moskvaya gəlir. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir. "Putin və Merkel, ilk növbədə - ATƏT-in xətti ilə Ukraynada gərginliyin azaldılmasına yönələn səmərəli beynəlxalq tədbirlərin görülməsinin vacibliyini qeyd ediblər. Bununla əlaqədar mayın 7-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə konfederasiyasının prezidenti Didye Burkxalter Moskvaya gəlir", - məlumatda deyilir.