NATO Bakıda təlim keçirir

5 May 2014 11:24 (UTC+04:00)

Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək

Bu gün 5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə,Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.


Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.