116 il qazlı içki içmədi

5 May 2014 12:02 (UTC+04:00)

Dünyanın ən yaşlı insanı olduğu iddia edilən Perulu Mendoza uzun həyatının sirrini verib: bişirdiyimiz hər şey bağçamızdan çıxır deyib.


Movqe.Az xəbər verir ki, Perunun And Dağlarında yaşayan 116 yaşındakı Filomena Taipe Mendoza adlı qadının , dünyanın ən yaşlı insanı ünvanını daşıyan Yapon Misao Okavadan 3 ay daha böyük olduğu ortaya çıxıb.


 Peru İnkişaf və Sosial inteqrasiya Nazirliyi səlahiyyətliləri Mendozanın şəxsiyyət vəsiqəsindəki doğum tarixinin 20 dekabr 1897-ci il olduğunu bildirib.


 "Uzun həyatımı təbii qidalara borcluyam. Həmişə kartof , keçi əti , qoyun südü , keçi pendiri və lobya yemuşəm " deyən Mendoza çox yoxsul olan kəndi Huancavelikadan heç ayrılmadığını söyləyib.


 "Bişirdiyinmz hər şey bağçamızdan çıxır. Plastik qablardakı qazlı içkilərdən heç zaman içmədim" deyən Mendozanın yeganə şikayətləndiyi mövzu isə dişlərinin olmamasıdır. Mendoza , bir əsri keçən həyatında bir çox çətinliyə sinə gərdiyini bildirək "Çox çətin bir həyatım oldu. 9 uşağımla çox gənc yaşda dul qaldım və onları böyütmək üçün çox çalışdım. Sadəcə üçü həyatdadır" deyə söyləyib.