Əkizlərin bədənləri əməliyyat nəticəsində bir-birindən ayrılıb-FOTO
26 İyun 2012 14:53 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
sinələri bir-birinə yapışıq doğulmuş iki qız əkizlərinin əməliyyat
nəticəsində bədənlərini bir-birindən ayırıblar. Hindistanda
doğulan bu körpələrin əməliyyat nəticəsində bədənləri bir-birindən
ayrılıb və onların vəziyyəti hal-hazırda normaldır. 12 saat davam
edən əməliyyat zamanı Avstraliya və Hindistandan 23 həkim və
11 tibb bacısı körpələrin həyatda qalması üçün əllərindən gələni
əsirgəmədilər. Həkim heyəti ilk öncə 13 aylıq əkizlərin ürəklərini
ayırıb. Xatırladaq ki, əməliyyat Hindistanda baş tutmuşdu.
Hindistanda kasıb bir ailədə doğulan bu əkizlərin əməliyyatına
valideynlərin imkanı yox idi.Lakin indi onlar çox xoşbəxtdi. Həkim
Raciv əməliyyatın uğurlu keçdiyini bildirib və qızların
vəziyyətinin yaxşı olduğunu bildirib.