Yüngül əxlaqlı qadın yenidən qınaq obyektinə tuş gəldi

5 May 2014 13:04 (UTC+04:00)
Xalq artisti Amaliya Pənahova aktrisa Dilarə Nəzərovanın yüngül əxlaqlı qadın obrazını oynayaraq, tamaşaçıların qınaq obyektinə tuş gəlməsinə münasibət bildirib. Mövqe.az xəbər verir ki, hələ Azərbaycan tamaşaçısının bu cür açıq-saçıqlığı qəbul etməyə hazır olmadığını deyən tanınmış aktrisa fikirlərini bölüşüb: "Hökm deyil ki, hər şeyi çılpaqlığı ilə səhnəyə gətirək.  Biz hələ buna hazır deyilik. Bunu ifadə etməyə bizim isdtedadımız çatmır. Əlbəttə, Dilarə xanım istedadlı aktrisadır. Mən həmişə demişəm ki, açıq-saçıqlıq, mənfi və müsbət rolu ifa etmək aktrisanın şücaətindən, rejissorun istedadından asılıdır. Əgər filmi istedadlı çəkirlərsə, aktrisa istedadlıdırsa, heç kim onlara heç nə deyə bilməz. Bu, mənim şəxsi düşüncəmdir".