Tanınmış ifaçı bu dəfə dissertant kimi çıxış etdi

5 May 2014 13:45 (UTC+04:00)
Müğənni Lalə Məmmədova Beynəlxalq elmi konfransda dissertant kimi çıxış edib. Mövqe.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşan iki qız övladı olan ifaçı sevincini onu sevənlərlə bölüşüb:


"Elmi konfrans. Bu gün müğənni yox, AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantı kimi çıxış edəcəm".


Bu gün də ifaçını atası da tək buraxmayıb. Hər zaman qızına dəstək olan atası barədə isə L. Məmmədova belə deyib: "Əziz atam! Dəstək olduğun üçün sağ ol ! Axı sən məni hamıdan daha yaxşı anlayırsan. Çünki bütün ömrünü elmə həsr etmisən".


Qeyd edək ki, müğənni artıq 4 ildir ki, dissertantdır.