Gürcüstan prezidenti iyunun 28-də Azərbaycana səfərə gələcək

26 İyun 2012 16:31 (UTC+04:00)
İyunun 28-də Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana iki günlük səfərə gələcək.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Crans Montana regional forumunda iştirak etməkdir. Forum iyunun 28-dən iyulun 1-dək davam edəcək. Gürcüstan prezidentinin səfəri iyunun 29-da başa çatacaq.