"Səni son mənzilə yola salanda belə, yanında ola bilmədim"

5 May 2014 17:15 (UTC+04:00)
Tarzən Humay Qədimova rəhmətə gedən atasını xatırlayıb. Mövqe.az xəbər verir ki, 16 ildir rəhmətə gedən atasını heç yuxuda da görməyən Humay Qədimova dünən atasını yuxusunda görüb və o hisslərini sosial şəbəkədə paylaşıb: 


"Bu gecə atamı yuxuda görmüşəm. Düz 16 ildir yuxuma gəlmirdi. O qədər arzulamışdım ki, səni yuxuda görüb, təsəlli tapım. Çünki səni son mənzilə yola salanda belə, yanında ola bilmədim. Amma yuxuma gəlişinlə içimi parçaladın. Bircə söz dedin: "Çalış günah etmə. Sabah sənin görüşünə gələcəm. Allah bütün valideynlərə, dünyadan köçənlərə rəhmət eləsin!".