İstanbulda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü keçirilib
26 İyun 2012 18:04 (UTC+04:00)
Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illiyi münasibətilə keçirilən
yubiley sammitinə ev sahibliyi edən Türkiyənin prezidenti Abdullah
Gül tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə təkbətək
görüşlərə başlayıb.
APA-nın Türkiyə prezidentinin
rəsmi saytına istinadən yaydığı məlumata görə, ilk olaraq
Albaniyanın baş naziri Sali Berişanı qəbul edən Abdullah Gül daha
sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Hazırda görüş
davam edir. Görüş sammitin keçiriləcəyi Lütfi Kırdar Beynəlxalq
Konqres Mərkəzində keçirilir. Media üçün qapalı keçirilən görüşdə
ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair məsələlərin
müzakirə olunduğu bildirilir. Abdullah Gül daha sonra Serbiya
prezidenti Tomislav Nikoliç, Gürcüstan prezidenti Mixail Saakaşvili
ilə görüşəcək, sammitə qatılmaq üçün İstanbula gələn nümayəndə
heyətlərini qəbul edəcək. QDİƏT-in 20 illiyinə həsr olunmuş
sammitin Bakı vaxtı ilə saat 18.00-da başlaması nəzərdə
tutulub.