Müəlliməsini yuyucu tozla zəhərlədi

6 May 2014 00:15 (UTC+04:00)

İngiltərədə 10 yaşındakı iki şagirdin müəllimlərinin qəhvəsinə yuyucu toz qoyaraq zəhərləməyə çalışdığı deyilib.


Hadisə İngiltərənin Varvik şəhərində reallaşıb. 39 yaşındakı Emma Place dərsdə olanda taxtaya doğru dönüb, bu vaxt iki şagirdi qəhvəsinin içinə yuyucu toz töküb.


Müəllim qəhvəsini içərkən başqa bir şagird tərəfindən xəbərdar olunub.


Metal stəkanın qapağını açan Place , kimyəvi maddənin qoxusunu hiss edib.


10 yaşındakı şagirdlər məktəbdən uzaqlaşdırma cəzası alıb. Lakin hüquqi cəza verilməyib.


Özünə "mafiya" adı verən şagirdlərdən ibarət qrupun 6 müəllimdən ibarət olan "ölüm siyahısı" hazırladığı bildirilir.