Movqe.az goal.com-a istinadən xəbər verir ki, uruquaylı ulduz futbolçu Luis Suarez Professional Futbolçular Birliyindən sonra, idman jurnalistləri tərəfindən də Premyer Liqada ilin oyunçusu seçildi. Maksimal 100% səsdən 52%-ni toplayan Suarez səsvermədə komanda yoldaşı Stiven Cerard və "Mançester Siti"li Yaya Tureni geridə qoyub.
Bu mövsüm Premyer Liqada 36 oyunda 30 qol vuran Suarez rekorda imza atdı.